Cəbrayılda Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - VİDEO

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
AzVision.az
Teqlər: