"Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır"

   "Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır"
  20 Oktyabr 2022    Oxunub:1065
"Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

"Bütün təmir-bərpa işləri ilə yenidən Azərbaycan inşa edilir. Hazırda bunları yaşayırıq və eşidərək deyil, görərək bu ifadələri istifadə edirik. Başda İlham Əliyev olmaqla bütün heyətin əl-ələ verərək atdıqları addımlar, gördükələri işlərlə, bu qədər qısa müddətdə Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır", - Ərdoğan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti