Türkiyə Şuşada Baş Konsulluq açacaq

   Türkiyə Şuşada Baş Konsulluq açacaq
  21 Oktyabr 2022    Oxunub:1365
Türkiyə Şuşada Baş Konsulluq açacaq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Zəngilan və digər hava limanlarının açılması ilə biznesin yolu açılır. Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. Düşünürəm ki, bundan sonra Şuşaya gediş-gəliş xeyli asanlaşacaq. İlham müəllim dedi ki, gələn il bura çox ciddi vəsait ayırıblar və bunu davam etdirəcəklər. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə Şuşadakı işləri bitirəcəklər. Dəmir yolları ilə yanaşı, avtomobil yolları da çəkilir və bunları tamamlamaqda qərarlıdırlar. Bütün bunlar reallaşdıqdan sonra Şuşaya yol açılacaq".

Ərdoğan bildirib ki, Qarabağ həm yerli, həm də xarici turistlərlə canlanacaq.

"Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İnanıram ki, İlham müəllim burada tikiləcək otellərlə Şuşanı daha da cəlbedici edəcək. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə birmətəbəli binalar tikilsə də, regiona hərəkət gətirdi. Biz də Şuşada Baş Konsulluğu açırıq".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti