Prezident Şuşa Şəhəri Dövlət Qoruğu ilə bağlı sərəncam imzalayıb
Fərmanla Şuranın vəzifələri aşağıdakılardır:
1. Təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
2. İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
3. İdarənin fəaliyyətinə nəzarət etmək;
4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
5. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
10. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;
11. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
13. İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
14. İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
15. Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


