Laçında iki nəfər minaya düşüb

   Laçında iki nəfər minaya düşüb
  21 Oktyabr 2022    Oxunub:1088
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti