"Minaya düşən şəxslərin müalicəsi davam etdirilir" - DİN

   "Minaya düşən şəxslərin müalicəsi davam etdirilir" -    DİN
  21 Oktyabr 2022    Oxunub:853
Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı AzVision.az -a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti