Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib. Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona ölkə başçısının sərəncamları ilə Şükür Həmidov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif edilib. Milli Qəhrəmanın 1 oğlu və 1 qızı var.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


