Süleyman Abdullayev vəfat edib

   Süleyman Abdullayev vəfat edib
  23 Oktyabr 2022    Oxunub:977
Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.
Bu barədə xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti