"Qızıl Şah Qızıl Yüzlük" : Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat

      "Qızıl Şah Qızıl Yüzlük" :    Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat
  24 Oktyabr 2022    Oxunub:1021
"Azərbaycanda yaxın zamanlarda BMT-nin İnkişaf Proqramı ilə Qusar rayonunun Çiləgir kəndinin brendləşməsi və onların məhsulunun yerli və xarici bazara çıxarılması ilə bağlı layihə keçiriləcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli Milli Kulinariya Konqresində çıxışında deyib.

F.Aşurbəyli digər layihənin fermerlərin məhsullarının birbaşa otellərə satması ilə bağlı olacağını bildirib:

"Fermerlər otellərlə birbaşa əlaqə quracaq.İlk olaraq "Şahdağ" otellə danışaraq bu pilot layihəyə start verəcəyik".

Assosiasiya sədri qeyd edib ki, gələn il 17-19 may tarixində ölkədə "Qızıl Şah Qızıl Yüzlük" çempionatı keçiriləcək: "Çempionat Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti