"Atam Prezidentin ona bağışladığı evi mənə verdi"- Dədə Süleymanın oğlu

   "Atam Prezidentin ona bağışladığı evi mənə verdi"-    Dədə Süleymanın oğlu
  24 Oktyabr 2022    Oxunub:1891
"Atam Prezidentin ona bağışladığı evi mənə vəsiyyət edib". AzVision.az xəbər verir ki, bunu ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd Abdullayev deyib.
O, sənətkarın aparıcı Nanə Ağamalıyevaya ev bağışlamasından da danışıb:

"Atam Nanə xanımı çox istəyirdi. Onun muğamımıza göstərdiyi diqqətə görə xanım aparıcımıza sevgisi və hörməti var idi. Ona görə də evlərindən birini Nanə xanıma bağılşadı".

Qeyd edək ki, sənətkarın qızı Aygün Abdullayeva Yenicag.az-a açıqlamasında bildirib ki, Dədə Süleymanın üç vəsiyyətindən biri onun Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya bağışlamaq olub.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti