Avtobus zolağına daxil olan digər nəqliyyat vasitələri cərimələnəcək
DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır: “Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.
"Cərimələnmə prosesi nəyinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, - A.Əsgərli vurğulayıb.
AzVision.az
Teqlər: