Rusiya sərhədində yük avtomobillərin uzun növbəsi yaranıb - VİDEO
-1666632214.jpg)
“Samur” gömrük keçid məntəqəsindən bildirilib ki, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Burada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.
Yaranan sıxlıqla əlaqədar “Samur” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır.
AzVision.az
Teqlər: