Seçkilərin keçirilməsi və statistika tədbirlərə ayrılan vəsait açıqlandı

   Seçkilərin keçirilməsi və statistika tədbirlərə ayrılan vəsait açıqlandı
  25 Oktyabr 2022    Oxunub:981
Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.
AzVision.az -ın xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti