İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi

   İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi
  25 Oktyabr 2022    Oxunub:1014
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
AzVision.az xəbər verir ki, seçkidə akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti