İsa Həbibbəyli deputat mandatından imtina edəcək?

   İsa Həbibbəyli deputat mandatından imtina edəcək?
  25 Oktyabr 2022    Oxunub:1222
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezident postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bunun müzakirə mövzusu olmadığını vurğulayıb.

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi
Qeyd edək ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

AzVision.az



Teqlər:  





Xəbər lenti