Bakıda partlayışda yaralanan şəxsin son vəziyyəti

   Bakıda partlayışda yaralanan şəxsin son vəziyyəti
  25 Oktyabr 2022    Oxunub:645
TƏBİB bu gün Bakının Yasamal rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti barədə məlumat açıqlayıb.
TƏBİB-dən AzVision.az ın sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində Şahin Manafovun müalicəsinə davam edilir. Bədənin 20-25 faiz yanığı, II-III dərəcəli termiki yanıqla Mərkəzə daxil olan pasiyentin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti