Aprel şəhidinin anası məktəb direktoru təyin edildi

  Aprel şəhidinin anası məktəb direktoru təyin edildi
  26 Oktyabr 2022    Oxunub:1880
2016-ci ilin aprel döyüşlərində şəhid olan Müşfiq Orucovun anası Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbə direktor təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, bundan öncə Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.

Müşfiq Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. Ailəsi Zəngilan rayonundan məcburi köçkündür. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq Orucov Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.





Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti