Qəza baş verən ərazidə obyektlərdən su çəkilib - VİDEO+YENİLƏNİB

Qəza baş verən ərazidə obyektlərdən su çəkilib -    VİDEO+YENİLƏNİB
  26 Oktyabr 2022    Oxunub:1699
Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə görülən tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

***
Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb.

AzVision.az xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir. Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.



Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti