"Danışır, Bakı" eşidəndə, dedim, bu, bizim kəndin dilidir" - Namik Kamal Zeybək

  "Danışır, Bakı"    eşidəndə, dedim, bu, bizim kəndin dilidir" -    Namik Kamal Zeybək
  26 Oktyabr 2022    Oxunub:882
"Vətən müharibəsində Azərbaycan gəncləri, vətəndaşları qəhrəmancasına döyüşdülər. Müharibəni qazanmaq üçün ordu lazımdır. Ordu olmasa zəfər olmaz".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan iki dəfə qəhrəmanlığını sübuta yetirib.

"1990- cı ildə 20 yanvar qırğını zamanı Bəxtiyar Vahabzadə ilə danışdım. O mənə "qırılırıq, amma bu bəlaya Türkiyəni qatmayaq" dedi. Mən qatılmaq istədim, amma bacarmadım.

Amma indi hər şey dəyişib. Bundan sonra heç Ermənistanın ağlına da pis şeylər gəlməz. Gələrsə, çaşarlarsa, dərslərini alar.

Bizim doğma dilimiz Azərbaycan dilinə çox yaxındır. İlk dəfə "Danışır, Bakı" eşidəndə bu, bizim kəndin dilidir dedim. Beləcə Azərbaycana marağım artdı. Azərbaycan şairlərini oxudum, hətta Nazim Hikməti də Azərbaycandan dinlədim".

Daha sonra Xalq yazıçısı Anar Rzayev Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin qurumun fəxri üzvü olmasını təklif edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti