“Azərsu” : Qəzanın nəticələri günün sonuna tam aradan qaldırılacaq

      “Azərsu”   : Qəzanın nəticələri günün sonuna tam aradan qaldırılacaq
  26 Oktyabr 2022    Oxunub:832
“Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı təmir-bərpa işləri davam edir, qəzanın nəticələri bu günün sonuna tam aradan qaldırılacaq”.
AzVision.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

O, ərazidə yerləşən obyektlərə dəymiş ziyanla bağlı məsələyə də münasibət bildirib.

“Kompensasiya məsələsini “Azərsu” həll etmir. Bu, sığorta ilə bağlı məsələdir”, - qurum rəsmisi bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti