"Oğlum sözümə baxmır"- Kəramət Böyükçölün atası

   "Oğlum sözümə baxmır"-    Kəramət Böyükçölün atası
  26 Oktyabr 2022    Oxunub:1125
"Mən Yazıçılar Birliyinin sədri kimi Anar Rzayevi görürəm. Bundan sonra da onu dəstəkləyəcəyəm". AzVision.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə deyib.
O, oğlu, yazıçı Kəramət Böyükçölün birliyin üzvülüyündən çıxmasından da danışıb.

"Əvəllər bjrliyin üzvü idi. Sonradan çıxdı. Kəramət azad adamdır. Nə qədər təklif etsəm də, birliyə üzvülüklə bağlı sözümə baxmır. Təsir edə bilmirəm. Amma hərdən ona haqq qazandırıram. Üzvü olmadığı üçün də
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında da iştirak etmədi. Heç üzvü olsa da gəlməz. O azad insandır. Onun öz düşüncəsi var".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti