"Xalq yazıçısının davranışı etik deyil" - Akif Aşırlı qalmaqallı qurultaydan yazdı

"Öz peşə borcunu yerinə yetirən jurnalist niyə utanıb ölməlidir ki? Azərbaycan Yazıçıları Birliyi dövlət büdcəsindən maliyyələşir, büdcə də xalqın vergiləri hesabına formalaşır. Əgər AYB kommersiya qurumu olsaydı, pulu özü qazansaydı, tədbirə nə qədər maliyyə ayrılmağının soruşulması bəlkə də düzgün olmazdı. Xalqın halal haqqı ana dilini Azərbaycan jurnalisti ilə birgə "əzən" Xalq yazıçısının davranışı etik deyil, qəbulolunmazdır".
Xatırladaq ki, Xalq yazıçısı Çingi Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib.
AzVision.az
Teqlər: