Azərbaycan XİN terror aktı ilə bağlı İrana başsağlığı verib

Azərbaycan XİN terror aktı ilə bağlı İrana başsağlığı verib
  26 Oktyabr 2022    Oxunub:620
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Bu barədə AzVision.az XİN-in tviter hesabına istinadən xəbər verir.

"İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - XİN bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti