Prokurorluqdan Qarayusifli terroru ilə bağlı bəyanat
-1649406245.jpg)
Belə ki, 2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilmiş, nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülmüş, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət almışdır.
Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilmiş, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət almışdır.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölmüş, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət almışdır.
Qeyd edilən tarixlərdə Bərdə rayonunun raket və ağır artilleriyadan bombalanması nəticəsində 4-ü qadın, 2-si kişi, 1-i uşaq olmaqla 7 nəfər şəxs qəsdən öldürülmüş, 9-u qadın, 13-ü kişi, 7-si uşaq olmaqla 29 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəymişdir.
Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu yerlər, o cümlədən mülki şəxslərin kompakt yaşadığı hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olmuşdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırır. İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!".
AzVision.az
Teqlər: