Xocahəsən metrosu ilin sonuna açılacaq

   Xocahəsən metrosu ilin sonuna açılacaq
  27 Oktyabr 2022    Oxunub:2196
Bakı metropoliteninin Xocahəsən stansiyası və Xocahəsən elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.
AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır: "Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti