Prezident BMT Baş katibinin müavinini qəbul edib

Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulandı. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Hərəkatın 80-dən çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirildi.
Tatyana Valovaya BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxundu. Bildirildi ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.
AzVision.az
Teqlər: