"Hamının vicdansız olduğuna niyə belə həvəslə inanırlar?” - Çingiz Abdullayev

 "Hamının vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”  -    Çingiz Abdullayev
  28 Oktyabr 2022    Oxunub:2492
Xalq yazıçısı Çingiz Abdullayev Yazıçılar Birliyinin XIII qurultayında jurnalistlə yaşadığı qalmaqaldan danışıb. Yazıçı bildirib ki, jurnalist qrultaydan sonra ona ünvanlanan sualı təxribat məqsədilə verib.
“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, -yazıçı deyib.

Qeyd edək ki, Xalq yazıçısı Çingi Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti