Azərbaycan və İranın XİN rəhbərləri telefonla danışıb

   Azərbaycan və İranın XİN rəhbərləri telefonla danışıb
  30 Oktyabr 2022    Oxunub:997
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti