Əlilliyə və yaşa görə pensiya alanların sayı azalıb

Qeyd edilib ki, orta aylıq pensiya məbləğinin dəyişməsinə təsir edən amillərdən biri də pensiyaçıların say göstəricisidir. Cari ilin 1 yanvar tarixinə tərtib edilmiş statistik hesabata əsasən ölkə üzrə pensiyaçıların ümumi sayı 1200,5 min nəfər olmuşdur ki, bunun da 707,0 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.
1 iyul tarixinə tərtib edilmiş statistik hesabatda isə ümumi pensiyaçıların sayında 41,3 min nəfər, yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında isə 3 min nəfər artım qeydə alınıb.
AzVision.az
Teqlər: