"İnsanlara komfort yaratmaq siyasətçilər üçün vacib məsələdir" - Baş nazirin müavini

   "İnsanlara komfort yaratmaq siyasətçilər üçün vacib məsələdir" -    Baş nazirin müavini
  02 Noyabr 2022    Oxunub:694
"Bəşəriyyət inkişafının yeni yüksək pilləsinə çatıb, dünyanın gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Lakin pandemiya, Ukrayna müharibəsi ilə əlaqədar bu layihələr bir qədər kənarda qalıb. Siyasətçilər dünyanın gələcəyini xilas etmək üçün mühüm səylər göstərməlidirlər".
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, insanlar üçün komfort yaratmaq cəhdi dövlətlər, siyasətçilər üçün vacib məsələlərdəndir. Lakin bu cəhdlər bəşəriyyətin və insanların gələcəyi üçün təhlükə yaradır.

"İnsanlar üçün komfort yaratmaq cəhdinin nəticələri indi daha aydın şəkildə dərk edilir. Ona görə bu gün insanın komfortunun təhlükə yaratmayan formada olması əsas tutulur. Yaşıl enerjiyə üstünlük verilməsi, yaşıl texnologiyaların yaradılması bəşəriyyət üçün indiki zamanda üstünlük təşkil edir. Azərbaycan bu layihənin həyata keçirilməsində ən öndə olan ölkələr sırasındadır. İndiyə qədər Azərbaycanla birlikdə 10 ölkə 3 könüllük hesabatını təqdim edib.
Azərbaycan yaşıl enerji, yaşıl inkişaf nöqteyi nəzərdən layihələrin həyata keçirilməsini öz üzərinə götürüb.

2030-cu ilə qədər həyata keçiriləcək bu öhdəliklər yaşıl enerji balansında mühüm əhəmiyyət kəsb edir".

Əli Əhmədov bildirib ki, Azərbaycan nisbətən gənc dövlət olmasına baxmayaraq, BMT və bəşəriyyətin gələcəklə bağlı layihələrində yaxından iştirak edir və edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti