Qarabağda 4 kiçik su elektrik stansiyası bərpa edilib

   Qarabağda 4 kiçik su elektrik stansiyası bərpa edilib
  02 Noyabr 2022    Oxunub:915
"İşğaldan azad edilmiş ərazilərdə istehlak olunan enerjinin əldə edilməsində yaşıl mənbələrdən istifadə olunacaq və təbii qaza tələbat azlıq təşkil edəcək".
AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Qarabağda BP-nın proyekti əsasında 11 kiçik su elektrik stansiyasının bərpası nəzərdə tutulur:

"Onlardan artıq 4-ü bərpa edilib. İlin sonuna qədər 54 meqavatlıq 11 stansiyanın bərpası nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi ilə birlikdə digər stansiyaların da bərpa edilməsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində işləri davam etdirəcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti