“Şimali Koreya gizli şəkildə Rusiyaya artilleriya mərmiləri göndərir” - Ağ ev rəsmisi

   “Şimali Koreya gizli şəkildə Rusiyaya artilleriya mərmiləri göndərir” -    Ağ ev rəsmisi
  02 Noyabr 2022    Oxunub:742
Ağ Ev Şimali Koreyanın Ukrayna müharibəsində istifadə etmək üçün gizli şəkildə Rusiyaya “əhəmiyyətli miqdarda” artilleriya mərmisi göndərdiyini bildirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.

O, ABŞ-ın bu haqda məlumatlara sahib olduğunu deyib.

Göndərmələrin qəbul edilib-edilmədiyini araşdırdıqlarını izah edən Kirbi, Şimali Koreyadan gələn mərmilərin müharibənin gedişatını dəyişəcəyinə inanmadıqlarını vurğulayıb.

Açıqlamada Şimali Koreyanın Şimali Afrika və Yaxın Şərq ölkələri üzərindən Rusiyaya silah daşınmasını gizlətməyə çalışdığı da qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti