"Azərbaycan post-konflik dövrünün modelini yaradır" - Tahir Budaqov

   "Azərbaycan post-konflik dövrünün modelini yaradır" -    Tahir Budaqov
  03 Noyabr 2022    Oxunub:1075
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan post-konflik dövrünün modelini yaradır. Azad edilmiş ərazilərdə yeni hava limanları, yaşayış məntəqələri tikilir, nəhəng infrastruktur formalaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt quruculuğu modeli” mövzusunda konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyi müəyyənləşib:

"Zəngəzur dəhlizinin, kommunikasiya xətlərinin açılması geniş əməkdaşlıq imkanlarının formalaşdırılması deməkdir. Respublikamız Avropa ilə Asiyanın qovşağında, Cənubi Qafqazda yeni nizam formalaşdırır.

Azərbaycanın Qarabağda qazandığı hərb modeli dünyada öyrənildiyi kimi, post-konflikt dövründə quruculuq modelinin də geniş öyrəniləcəyinə şübhə yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti