İsrail kəşfiyyatı “Qara sentyabr” fəalını belə məhv etmişdi - VİDEO

İsrail kəşfiyyatı “Qara sentyabr” fəalını belə məhv etmişdi -    VİDEO
  04 Noyabr 2022    Oxunub:2404
24 yanvar 1973-cü il, Nikosiya (Kipr). Şəhərdəki çoxsaylı hotellərdən biri. Qəfildən güclü partlayış səsi eşidilir və nəticədə təkcə hotelin deyil, yaxınlıqdakı evlərin də şüşələri qırılır.
...Beləliklə, İsrail xüsusi xidmət orqanları tərəfindən “Qara sentyabr” fəalı Hüseyn Əbülxeyr zərərsizləşdirildi. Məhz o, İsrail olimpiyaçılarına qarşı terror aktlarının iştirakçılarının seçilməsi ilə məşğul idi. Münhenə gedən terrorçuları da sənəd və biletlərlə təmin edən elə o özü idi.

“Partlayıcı qurğu yatağa yerləşdirilmişdi. Münhen Olimpiadasında İsrail Olimpiya komandasının 11 üzvünün ölümü ilə nəticələnən terror aktından cəmi 5 ay keçib. Dəqiq şəkildə likvidasiya terrora qarşı müharibənin metodlarından biridir. Çünki bu, dinc əhaliyə zərər vermədən terrorçulara çıxış əldə etməyə imkan verir.

"Bu metod üzrə ən çox uğur qazananlar israillilər, rusiyalılar və amerikalılardır. Amma Azərbaycanın güc strukturları da geri qalmır. Onlar ölkəmizin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə yaradan şəxsi məhv etməyə qadirdirlər”, - deyə "Caliber" yazır.




Teqlər:





Xəbər lenti