TAİB Zəfər Gününü Özbəkistanda qeyd edəcək

Səfər çərçivəsində TAİB-in nümayəndə heyətinin Daşkənddə bir sıra görüşləri də nəzərdə tutulub. TAİB-in təsisiçisi Ramin Ahmedov un təsdiq etdiyi proqrama əsasən TAİB nümayəndələri Özbəkistanın vətəndaş cəmiyyəti təmsilçiləri, Türk dünyasında tanınan elm adamları, eləcə də Parlamentdə deputatlarla bir araya gələcəklər. Görüşlərdə əsasən Türk birliyinin möhkəmləndirilməsinə vətəndaş cəmiyyətinin verə biləcəyi töhfələr və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi zərurəti ilə bağlı müzakirələr aparılacaq.
TAİB nümayəndələri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçiriləcək “Türk dünyasında mənəvi davamlılıq” mövzusunda beynəlxalq konfransda da iştirak edəcəklər.
Qeyd edək ki, TAİB-in nümayəndə heyətinə təşkilatın sədri, YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç, TAİB sədrinin müavini Eyvaz Hünbətov, Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri Ramil Həsən, Müşfiq Cəfərov, TAİB İdarə Heyətinin üzvü, Azərbaycanın əməkdar həkimi Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və təşkilatın xarici əlaqələr üzrə sədr müavini Elnur Eltürk daxildir.
AzVision.az
Teqlər: