Zəfər Günümüz Türkiyədə qeyd olunacaq

  Zəfər Günümüz  Türkiyədə qeyd olunacaq
  05 Noyabr 2022    Oxunub:1058
Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək
AzVision.az xəbər verir ki, Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Deputatlarımız 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.

AzVision.az



Teqlər: Zəfər-Günü   Türkiyə  





Xəbər lenti