“Telegram”da yeni funksiya istifadəyə verilib

Əlavə istifadəçi adlarının ödənişli imtiyaz olduğu qeyd olunur. Onları “Fragment” adlı xüsusi auksion platformasında almaq olar.
Əlavə adlar orijinal adlardan beş simvoldan qısa ola bilməsi ilə fərqlənir. İstənilən halda, onlar satıla və ya ləğv edilə bilər.
“Telegram Premium” istifadəçiləri də kiçik təkmilləşdirmələr əldə ediblər. Məsələn, indi onlar təkcə audio mesajları deyil, həm də video mesajları mətnə çevirə bilərlər.
Həmçinin ödənişli abunə sahibləri üçün 12 yeni emoji peyda olub.
AzVision.az
Teqlər: