Naxçıvanda məktəbli özünü asdı

Naxçıvanda məktəbli özünü asdı
  07 Noyabr 2022    Oxunub:666
Azərbaycanda şagird özünü asıb.
Lent.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydə alınıb. Burada yaşayan 12 yaşlı Q. A. özünü öldürüb.

Məlumata görə, şagird 6-cı sinifdə təhsil alırmış. Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə də həmin kənddə məktəbli özünü asaraq həyatına son qoyub.


Teqlər:





Xəbər lenti