Bakıda aksiya keçirilməsinə icazə verilmədi - DİN-dən açıqlama

"Bir neçə il əvvəl bənzər aksiyanın keçirilməsinə icazə verilmişdi. Lakin təşkilatçılar üzərilərinə düşən şərtlərə əməl etmədilər. Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi. Qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar. Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək. Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək".
AzVision.az
Teqlər: