"Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq" - Prezident

Dövlət başçısı qeyd edib ki, Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. “Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı”.
AzVision.az
Teqlər: