Şüşədən olduğuna inanan "Dəli kral" - Ona barmaqla toxunmaq olmazdı

Bu vəziyyət dövrün papaları işə qarışana qədər davam etdi. O dövrdə biri Fransada, digəri isə İtalyada olmaqla iki papa var idi. Onlar “əsl papa” olduqlarını sübut etmək üçün rəqabət aparırdılar. Kral VI Çarlz Fransadakı papanı Romaya göndərməyə qərara vermişdi. Lakin bu siyasi gedişdən əvvəl artıq kralın ağlını itirməsinin ilkin əlamətləri üzə çıxmağa başladı.
Canavar olduğunu düşünüb xidmətçiləri qovdu
Birdən-birə sahib olduğu titula əhəmiyyət verməməyə başlayan VI Çarlz həbsdən çıxan məhkumları tutmaq kimi şəxsi məsələlərə diqqət yetirirdi. Belə ki, bir dustağı qovalayarkən VI Çarlz öz süvarilərinə hücum etmiş, hətta bəzilərini öz əlləri ilə öldürmüşdü. Kral ailəsində yüksək vəzifədə olmasının onun üçün stresli olduğunu düşünürdülər. Onlar kralın hərəkətlərini psixi xəstəliyin əlamətləri kimi görmək əvəzinə, başqa səbəblər axtarırdılar.
Kral VI Çarlzın psixi sağlamlığı o dərəcədə pisləşməyə davam etdi ki, o kral olduğunu, hətta adının nə olduğunu unutmağa başladı. İddialara görə 5 ay ərzində vanna qəbul etməkdən, həmçinin paltarlarını dəyişməkdən imtina edib. Vəziyyəti pisləşən Çarlz özünü canavar hesab edib və qala içindəki qulluqçuları və mühafizəçiləri qovmağa başlayıb.
Tarixçilərin ona “dəli” deməsinin səbəbi
O, ən yaxın dostu, “qəssab” ləqəbli Olivye V de Klissonu öldürməyə cəhd etdiyi üçün hər kəs kralın ruhi sağlamlığından ciddi narahat olmağa başladı. Lakin padşahın tamamilə dəli olduğunu düşünməyə vadar edən əsas məsələ dəfələrlə yerə yıxılaraq özünə xəsarət yetirməsinə baxmayaraq, qəfildən özünü şüşədən zənn etməsi olub. Bu vəziyyət kralın ömrünün qalan hissəsində fasilələrlə təkrarlanacaq və buna görə də tarixçilər ona “dəli Çarlz” adını verəcəkdi. Kral yerə düşəndə sınmasın deyə nökərləri ona zireh geyindirirdi. Ona görə də insanların ona toxunmasına imkan vermirdi. Nökərləri ona zireh geyindirərkən, barmağı ilə dərisinə toxunmamalı idi. Bu illuziya Çarlzın döyüş meydanına çıxmasına da mane olurdu. Kral öldürülməkdən qorxurdu.
1422-ci ildə o, ətrafındakı dünyanı, hətta kral ailəsini belə tanımırdı. Onun psixi pozuntusu vəfat edənə qədər davam etmişdi.
Ölü olduğunu zənn edib özünü kəsirdi
Tarixi sənədlərdə şüşə aldatmalarına dair bir çox məlumat qeydə alınıb. Bu sənədlərdə ombalarının şüşədən olduğuna inanan və oturmazdan əvvəl altına yastıq qoyan bir çox insanın davranışı haqqında yazılıb. 19-cu əsrdə daha az yayılan şüşə aldadıcılığının son nümunələrindən biri Bavariyadan olan I Lüdviqin qızı Aleksandra Amalie idi. Bavariya şahzadəsi Aleksandra 1840-cı illərdə şüşə piano udduğuna inanırdı. Bu inancına görə tez-tez qarşısına çıxan pianoya zərər verməmək üçün çox diqqətli olması lazım olduğunu özünə xatırladırdı.19-cu əsrdə şüşə halusinasiya hallarına nadir rast gəlinirdi, 20-ci əsrdə isə yalnız bir neçə hal təsbit edilmişdi. Bu hallara əvvəlki kimi yüksək rütbəli insanlarda rast gəlinmirdi.
Keçmiş alimlər bir sıra nəzəriyyələr irəli sürsələr də, dəqiq bir dəlil ilə izahat verə bilmirdilər. Klinik Psixoloq Ayhan Altaş Kral Çarlz və digərlərində görülən problemlərin psixozda görülən problemlər olduğunu söyləyib. İşlədiyi psixiatriya xəstəxanasından birində özünü ölü zənn edən və bunu sübut etmək üçün tez-tez özünü kəsməyə meyilli olan bir hadisəni misal göztərən Altaş,psixoloji problemlərin formalaşmasında insanın psixoloji quruluşu, genetikası və mühitinin təsirli olduğunu xatırladıb.
Sima Cəfərova
AzVision.az
Teqlər: