Bakıda “Kamaz” “Nissan”la toqquşdu

   Bakıda “Kamaz” “Nissan”la toqquşdu
  13 Noyabr 2022    Oxunub:623
Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kamaz” markalı yük avtomobili və “Nissan” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər zədələnmiş yük avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti