Bildirilib ki, ABŞ prezidenti Bayden İstiqlal küçəsində baş verən terror aktında həyatını itirənlərə görə prezident Ərdoğana başsağlığı verib. Digər tərəfdən Bayden, Ukrayna limanlarından taxıl daşımalarının bərpasına imkan yaradan səylərinə görə Ərdoğana təşəkkür edib.
Görüşün gündəmində olan Türkiyə ilə ABŞ arasında F-16 prosesinə gəlincə, Bayden administrasiya olaraq dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın G20-də diplomatik görüşləri davam edir.
Şahanə Rəhimli
AzVision.az