Prezident: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var
“Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son 2 ölkə arasındaydıq. Son iki ölkə Türkiyə və Azərbaycan idi. Bütün qalan NATO üzvləri bizdən qabaq oradan çıxmışdı. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi, NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib. Buna görə də mən sizə minnətdaram”, - dövlət başçısı qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


