"Əminəm ki, bu səfər əlaqələrinin inkişafına güclü təkan verəcək" - İlham Əliyev
“Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var. Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Bu sıx siyasi təmaslar əlbəttə ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan marağı göstərir. Eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”, - dövlət başçısı bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


