İndiyə qədər ABŞ və Azərbaycan arasında 86 saziş imzalanıb

İndiyə qədər ABŞ və Azərbaycan arasında 86 saziş imzalanıb
  15 Noyabr 2022    Oxunub:537
Bakı və Vaşinqton müxtəlif sahələrdə əməkdaşlığa dair on ikitərəfli sazişin imzalanmasına hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim deyib.

"Müqavilə-hüquq bazası həm ticarət, həm də digər münasibətlərə kömək edir. İndiyə qədər ABŞ və Azərbaycan arasında 86 saziş imzalanıb. Hazırda doqquz müqaviləyə baxılır", - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ ikitərəfli müqavilə-hüquq bazasını daha da genişləndirmək niyyətindədirlər.

"Əsas bu sənədlərin reallaşması və münasibətlərimizi inkişaf etdirmək üçün onlardan istifadə etməyimizdir. Düşünürəm ki, bunu çox səmərəli şəkildə etməyə çalışırıq. Ona görə də çalışacağıq ki, bundan sonra da müqavilə-hüquq bazamız dərinləşsin və genişlənsin", - deyə Xəzər İbrahim bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti