NATO təyyarəsi Polşanın şərqinə düşən raketin trayektoriyasını izləyib - KİV

"Raketin kursu ilə bağlı kəşfiyyat məlumatları NATO və Polşaya təqdim edilib", - telekanal alyans nümayəndəsindən sitat gətirib. Lakin o, raketin buraxılış yeri barədə məlumat verməyib.
Onun sözlərinə görə, raketi izləyən təyyarə Ukrayna ərazisi ətrafında müntəzəm kəşfiyyat uçuşu həyata keçirib və dünən Polşa ərazisi üzərində uçub.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi dünən ölkənin şərqindəki Prjevoduv kəndi ərazisinə Rusiya istehsalı olan raketin düşməsi nəticəsində iki nəfərin həlak olması ilə bağlı bəyanat yayıb. Eyni zamanda, ölkə prezidenti Anjey Dudan sursatın dəqiq mülkiyyətinin hələ müəyyən edilmədiyini qeyd edib. Öz növbəsində ABŞ prezidenti Co Bayden bildirib ki, Polşaya düşən raketin Rusiyadan atıldığı barədə iddiaları təkzib edən ilkin məlumatlar var. Amerika liderinin sözlərinə görə, “trayektoriya nöqteyi-nəzərindən onun Rusiyadan buraxılması ehtimalı azdır”.
Aytən Zəhra
AzVision.az
Teqlər: