Müharibə veteranlarına güzəştli ipoteka ilə mənzil almaq hüququ verilsin - Deputat

   Müharibə veteranlarına güzəştli ipoteka ilə mənzil almaq hüququ verilsin -   Deputat
  17 Noyabr 2022    Oxunub:989
"Təklif edirəm ki, müharibə veteranları güzəştli ipoteka krediti alanların kateqoriyasına daxil edilsin".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar.

"Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin. Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti