Azərbaycanda turizm sənayesi 50 % bərpa olunub

F.Nağıyev çıxışında maddi və mədəni irs yerlərinin qorunub saxlanması ilə turizm məqsədləri üçün istifadə edilməsi və tanıdılması məqsədini daşıyan “Mədəni irs üçün səyahət” təşəbbüsünü irəli sürüb. O, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanın zəngin xristian və yəhudi irsinə, tolerantlıq və multikulturalizm dəyərlərinə malik olması, indiyə qədər YUNESKO-nun ümumdünya mədəni irs siyahısına salınan maddi və qeyri-maddi mədəni irs nümunələri barədə məlumat verib.
Sədr işğaldan azad olunmuş ərazilərin işğal müddətində dağıdılaraq məhv edildiyini, Azərbaycan dövləti tərəfindən həmin ərazilərin və dağıdılmış maddi-mədəni irs abidələrinin, o cümlədən Alban-xristian və Qafqaz-alban mədəniyyətinə məxsus kilsə və abidələrin bərpası istiqamətində genişmiqyaslı iş aparıldığını diqqətə çatdırıb. O, növbəti illər üçün təşkilatın mədəni irs turizmi ilə yanaşı, təhsil, rəqəmsal turizm və tədbirlər turizminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətinin vacibliyini qeyd edib.
BMT-nin Ümumdünya Turizm Təşkilat, həmçinin onun Avropa Regional Komissiyasına üzv olan ölkələrlə Azərbaycan arasında turizmlə yanaşı, digər sahələr üzrə də iqtisadi əməkdaşlığın artmaqda olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmaqda olduğunu qeyd edən F.Nağıyev turizmin bu əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ölkənin turizm imkanları haqqında təqdimatla çıxış edib. O, turizm məhsulları və marşrutları, YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də Azərbaycandakı zəngin alman və yəhudi irsi, qış turizm imkanları haqqında qonaqlara məlumat verib.
Tədbir çərçivəsində qonaqlara milli kulinariya nümunələri və şərabçılıq məhsulları təqdim olunub, həmçinin milli musiqi nümunələri səsləndirilib.
Tədbirdə BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri, üzv ölkələrin İspaniyaya akkreditə olunmuş səfirləri, İspaniyanın hökumət üzvləri iştirak edib.
AzVision.az
Teqlər: