Polis 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır

***
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az "APA"ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.
2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
AzVision.az
Teqlər: